"Karabakh Vienna" Avstriyada üçüncü dəfə çempionluğa sahib oldu

"Karabakh Vienna" Avstriyada üçüncü dəfə çempionluğa sahib oldu
18:05 21 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Avropada uğurlu çıxışıyla azarkeşlərimizi sevindirən "Karabakh Vienna" Avstriyanın Stadt Liqasında bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb. Milli.Az bildirir ki, cari mövsüm digər klublardan daha yaxşı oyun sərgiləyən klub vaxtından əvvəl qızıl medalı təmin etməklə ölkənin Regional Liqasinda yüksəldi.

Klubun təsisçisi və idarə heyyətinin rəhbəri Orxan Vəliyevin səyləri və inkişaf konsepsiyasına uyğun olaraq komanda ilbəil yeni səviyyəyə qalxır. Avstriya Dövlət İqtisad Universitetinin məzunu olan həmyerlimiz həm də futbol azarkeşidir.

Orxan Vəliyev klubun mətbuat xidmətinə açıqlamasında komandanın əsas məqsədi haqqında bunları deyib: "Karabakh Vienna"nın uğurları bizi daha böyük işlərə həvəsləndirir. Klubun qazandığı qələbələr Azərbaycan-Avstriya arasında dostluğu möhkəmləndirir. Üstəlik, futbolumuz üçün yeni perspektivlər yaradır. Əsas məqsədimizdən biri azərbaycanlı futbolçuların Avstriya komadasına transfer olmasıdır. Bu, həqiqətən də çox gözəl başlanğıc olar. Beləcə "Karabakh Vienna" meydanda da Azərbaycan çalarını qazanacaq. Həmçinin yerli futbolçular xaricdə də çıxış edərək beynəlxalq təcrübə əldə edəcəklər. "Karabakh Vienna" yeni mövsümdə də azarkeşlərini sevindirmək üçün uğurlu çıxışını davam etdirməyə çalışacaq".

Xatırladaq ki, inkişaf üçün vacib faktor sayılan baza problemi artıq həll olunub. komanda ev oyunlarını doğma bazasında - "Karabakh Vienna" da keçirir. Klubun əsas oyunçuları ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandası da fəaliyyət göstərir.

"Karabakh Vienna"ya Azərbaycanda olan böyük marağı  nəzərə alaraq klub yaxınlarda Bakıda fan-klub açmağı planlaşdırır. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR