Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi qaydası təsdiq edildi

Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi qaydası təsdiq edildi
20:47 21 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd olunur ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.4-cü bəndinə uyğun olaraq, müsahibə elanının formasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.5-ci bəndinə uyğun olaraq, inzibati vəzifələrin təsnifatı üzrə vakant vəzifələrin tutulmasının ümumi şərtlərini iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR