Bakıda təhlükəli banan satılır, içindəki qırmızı ləkələr...

Son vaxtlar sosial şəbəkələrdə müzakirələrə səbəb olacaq fotolar yayılıb. Fotolarda bananın içərisində qırmızı, çəhrayı ləkələr görünür.

Görəsən, tərkibi faydalı vitamin və minerallarla zəngin olan bananın tərkibindəki qırmızı ləkələr xəstəlik əlaməti ola bilərmi?

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov məsələ ilə bağlı Metbuat.az-a açıqlamasında deyib: “Banan ölkəmizə əsasən Efiopiyadan idxal olunur. Əsl banan 13 sm ölçüyə malikdir. Ölkəmizdə satılan böyük bananlar isə geni modifikasiya edilmiş bananlardır. Bananın içərisindəki ləkələrə gəldikdə isə, bu barədə mənə də nümunələr gətirilib. Azad İstehlakçılar Birliyi həmin ləkələrin nə olduğunu araşdırır".

Tibbi ekspert Adil Qeybulla isə deyib: "Meyvədə yad cismin yoluxucu xəstəlik olub-olmaması barədə araşdırdıqdan sonra demək olar”.

Aysel Yaqubqızı / Metbuat.az

(Banan qabığını atmayın: 10 dəqiqə qaynadın və...)

(Yuxusuzluq problemi yaşayanlar - Bu qidalardan yeyin! - SİYAHI)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR