Yerli seriallarımıza xaricdə tələbat varmı?

Serialların çəkilişinə qoyulan vəsait qarşılığında gəlir götürülə bilirmi?

Metbuat.az bu sualla serial çəkən rejissorlara müraciət edib:

Rejissor Cavid Təvəkkül: "Tamaşaçını aldatmaq olar, amma peşəkarı heç vaxt. Hazırda seriallara nə vəsit qoyur ki, nə də gəlir gəlsin?. Seriallar çox bərbad bir vəziyyətdədir. Bu serailları xaricə satmaqdan söhbət gedə bilməz. Çünki tək bir kəlimə ilə ifadə etsək, bizim seriallar utancdır".

Rejissor Yaşar Əhmədov: "Hələ tam olmasa da, yavaş-yavaş bizim də seriallardan qazanc gəlir. Biz hazırda ən az vəsaitlə ən çox iş görməyi öyrənirik. Xaricə seriallarımızın satılması məsələsinə gəldikdə isə, bu biraz çətin mövzudur. Çünki ərəb ölkələrindəki bazarı hazırda Türkiyə serialları ələ alıb. Biz özümüzdən kiçik dövlətlər olan Qırğızıstan, Qazağıstan, Türkmənistan kimi ölkələrin bazarına girməli, sonra isə böyük bazarlar haqda düşünməliyik".

Rejissor Kənan M.M: "Hazırda ancaq komediya janrında olan işlər gəlir gətirə bilirlər. Drama baxan yoxdur. Bununda səbəbi tamaşaçının yerli dramı qəbul etməməsidir. Amma o tamaşaçılar türk dramlarına həvəslə baxırlar. Öz seriallarına, filmlərinə dəstək olmurlar. Serialların xaricə satılması qəliz məsələdir. Gərək o ölkələr özləri serial çəkməsin ki, biz öz seriallarımızı ora sata bilək. Yoxsa belə mümkün deyil".

Pərvin Abıyeva "qardaşı" ilə sevgilidir? - Kənan M.M-in həyat yoldaşı: "Allah onun..."

Rejissor Rüfət Şabanov: "Baxır seriala, o serialın reytinqinə. Bəli, bizim serialları xaricə satmaq olar. Amma Rusiya və Türkiyə kimi ölkələrə yox, daha çox serial sahəsində geridə qalmış olan ərəb ölkələrinə. Elə yeri gəlsə Hindistanın özünə də. Hindistan film sahəsində inkişaf etsə də, serial sahəsində çox geridə qalıb. Mənim çəkdiyim "Cehizsiz gəlinlər", Rövşən İsaxın çəkdiyi "Vicdan haqqı" hara, onların "Amaci" adlı serialı hara".

Rejissor Aqil M. Quliyev: "Hazırda seriallara qoyulan vəsaiti geri götürmək çox çətindir. Xaricə serial satmaq üçün gərək iş keyfiyyətli olsun".

Səidədən Aqilə "dələduz" ismarışıSəidədən Aqilə "dələduz" ismarışı

Dilarə Zamanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR