34 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

34 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı
18:12 22 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B. Əliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
 
Hakimlər Kollegiyası qərar çıxararkən təqsirləndirilən şəxsin zərərçəkmişə dəyən ziyanı tam şəkildə ödəməsini nəzərə alıb.
 
Qeyd edək ki, B. Əliyev ötən ilin mayında torpaq almaq adı ilə zərərçəkmiş şəxs olan dostundan 34 min manat məbləğində pul alıb, lakin vədinə əməl etməyib, pulu qaytarmayıb. Polis tərəfindən saxlanılan B. Əliyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq: külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR