Yaşamaq üçün ən bahalı şəhərlər məlum oldu – SİYAHI

Yaşamaq üçün ən bahalı şəhərlər məlum oldu – SİYAHI
21:12 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Məşhur Mercer Human Resource şirkəti dünyanın ən bahalı şəhərlərinin adlarını açıqlayıb.

Milli.Az fins.az-a istinadən bildirir ki, şirkət  əcnəbilərin yaşaması üçün ən bahalı və daha çox xərc tələb edən şəhərləri müəyyənləşdirib.
Siyahının ilk pilləsində Anqolanın paytaxtı Luanda yer alıb. Bu şəhərdə nəinki ərzaqların, həmçinin xidmət sektorunda da qiymətlərin baha olduğu  bildirilir.
Siyahının ikinci pilləsində isə ötən ilin ilk yerinin sahibi Honkonq qərarlaşıb. Üçlüyü isə Tokiyo tamamlayır. Həmçinin bahalı şəhərlər arasında Sürix və Sinqapur şəhərləri də yer alıb.
TOP-10-ən bahalı şəhərlər arasında Seul, Cenevrə, Şanxay, Nyu-York və Bern şəhərlərinin adları da  yer alıb. Ən ucuz şəhərlər arasında isə Tunis, Bişkek, Skopye, Vindxuk, Tiflis, Monterrey, Saraevo, Karaçi və Minsk şəhərləri yer alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR