Play Store

Yəhudilərin bilmədiyiniz XÜSUSİYYƏTLƏRİ: onların daim əməl etdiyi 3 MƏQAM - FOTO

Yəhudilərin bilmədiyiniz XÜSUSİYYƏTLƏRİ: onların daim əməl etdiyi 3 MƏQAM - FOTO
11:33 23 İyun 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Məlumdur ki, qədim yəhudilər Misirdən çıxdıqdan sonra Müqəddəs Torpaqlara (indiki İsrail) tərəf üz tuturlar. Bu tarixi çox adam oxuyub, bilir. Amma o ərəfələrdə onların həyat tərzini necə təsəvvür etmək olar? Məişət necə tənzimlənirdi? Axı dövlət yox, şəhər yox, qəsəbə yox, hakim yox.

Publika.az qədim yəhudilərin məişət həyatından bəhs edən kiçik araşdırmanı təqdim edir:

Peyğəmbərlərin kitablarında o dövrün məişət həyatına lap az rast gəlinir. Bəs arxeologiya bizə bu işdə kömək edə bilərmi? Arxeoloqların fikirləri bir nəçə məqamda Müqəddəs Kitabın mətni ilə eynidir: “Əvvəlcə yəhudilər üç dağlıq ərazidə - Yehuda, Samariya və İordan çayının vadisində məskunlaşıblar”.

Arxeoloji tədqiqatlar göstərir ki, e.ə. XV əsrdə bu dağlara yaxın ərazilərdə qəsəbə və şəhərlər olub. Lakin sonradan nə baş verdiyi bilinmir, belə ki, əksər qəsəbə və şəhərlər dağıdılıb, əhalisi isə yoxa çıxıb. Musanın yəhudiləri məhz bu ərazilərə gətirdiyi bildirilir. Yalnız dəniz qırağında müəyyən qədər Xanaanlar (Kənan - ərəb.) adlı tayfa yaşayırdı.

Qazıntılardan məlum olub ki, Yehuda və Samariyaətrafı ərazilər donuz sümüklərinin tapılmadığı bir ərazidir. Adətən Xanaan tayfalarının yaşayış məskənlərinin qazıntısı zamanı donuz sümükləri digər tapıntıların demək olar ki, 1/5-ni təşkil edirdi. Lakin burada bir dənə də olsun donuz sümüyü aşkar edilməyib. Nəzərə alınıb ki, yəhudilərdə İslamda olduğu kimi donuz əti qadağandır və ikinci fakt olaraq, qalıqları tapılmış qab isə, neçə əsr sonra qədim yəhudi şəhər və qəsəbələrində aparılan tədqiqatlar zamanı tapılan qablarla eyni dizayna məxsus idi. Belə çıxır ki, Misirdən çıxan yəhudilər ilk olaraq məhz bu dağətəyi ərazilərdə yaşayıblar.

Onların evlərinin quruluşu demək olar ki, hamısı standart idi. Evə daxil olarkən, öncə açıq həyətə düşürdülər. Həyətdə adətən iki uzun otaq olurdu. Biri mətbəx, digəri qadınların işləməsi üçün yer – toxuculuq, ev işləri üçün keramik qabların düzəldilməsi və s. Çörək bişirmək üçün yer bəzən açıq havada, amma adətən ayrıca otaqda olurdu. Bir qədər dərində isə yataq otağı yerləşirdi.

Arxeoloqlar aşkar edir ki, evləri bütöv formada tikmirdilər – yəni 1 otaqdan digərinə keçmək mümkün olmurdu. Bu, imkan verirdi ki, o dövrün başqa tayfalarının evlərindən kəskin fərqlənsin.

Evlərin döşəməsi bir qayda olaraq torpaqdan idi. Evlərdə əsas alət daşdan olan çəkicə bənzər bir alət idi, onunla zaman-zaman torpağı döyəcləyib, pressləyirdilər. Otaqların çardağında meyvələr qurudur, şərab və yağ çəlləkləri saxlayırdılar. Həyətin kənarlarında dairəvi divar hörülürdü, amma divar hündür deyildi, görünür qorunmaq məqsədilə yox, məhz ev heyvanlarının gecə qaçmaması üçün nəzərdə tutulmuşdu.

Maraqlıdır ki, keçid dövrü yəhudilərinin evlərinin heç biri varlı-kasıb təbəqəsini tərənnüm etmir. Görünür, bütün evlərin eyni dizaynda olması yəhudi əcdadları üçün çox vacib olub, çünki uzun zaman – vavilonların hücumuna qədər fərqlənmə olmayıb. Sonradan çarlıq dövrünə aid qazıntılarda biz təbii ki, böyük, kiçik, varlı və kasıb evləri görə bilirik.

Eyni zamanda Yəhudi səhrasının yaxınlığında arxeoloqlar balaca ferma aşkar edirlər. Ferma eramızdan əvvəl VII-VIII əsrlərə aiddir.

Yazılanlardan, yaxud arxeoloji ərazidə təpənin üstündə dayanıb, seyr edərək onların həyat tərzini az da olsa təsəvvür etmək mümkündür.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/203688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR