Ekologiya və təbii sərvətlər naziri Balakəndə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Balakəndə vətəndaşları qəbul edəcək
13:12 23 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Balakəndə vətəndaşları qəbul edəcək.                         
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyul ayının 6-sı saat 10:00-da Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 40) keçiriləcək qəbulda Balakən, Qax, Zaqatala və Şəki rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlaya (ünvan: Zaqatala şəhəri, Nizami 40, əlaqə telefonları: 050-376-28-89, 050-781-12-81, 022-3-08-63) bilərlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/ekologiya-ve-tebii-servetler-naziri-balakende-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR