Şəki pitisinin hazırlanma qaydası

İftara Şəki mətbəxinin ən dadlı yeməklərindən piti hazırlamaq istəyirsiniz?

Metbuat.az Şəki pitisinin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

500 qr sümüksüz qoyun əti
100 qr noxud
60 qr quyruq
2 ədəd baş soğan
Duz, istiot, zəfəran

Zövqə görə 2-4 ədəd gavalı qurusu

Hazırlanmasına gəldikdə isə, noxudun yumşalması üçün əvvəlki gündən suya qoyulur. Ət quyruqlu olmaq şərti ilə doğranır. Piti qabına əvvəlcə altdan noxudu tökün, sonra yağsız, üstdən isə azyağlı ətləri qoyun. Üstündən quyruq qoyub su əlavə edin və sobaya qoyun. Sonra yeməyin üzərinə çıxan kəfi yığmağa başlayırıq. Kəfi yığandan sonra yemək vam odda bişirilir. Bişənə bir az qalmış duz və soğan əlavə edin. Yeməyə gavalı qurusu və əsl zəfəran vurun. Biir müddət bişdikdən sonra yeməyi yoxlayın. Əgər noxudu bişibsə, deməli, piti hazırdır.

Qeyd edək ki, pitini əvvəlcə sulu halda, sonra isə ətini əzib sumaq əlavə edib yeyirlər.

Nuş olsun!

(İftarda necə qidalanmaq lazımdır? - HƏKİM MƏSLƏHƏTİ)

(Cəmi 5 dəqiqə və ən dadlı ət yeməyi... - RESEPT)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)