İftarda nə yeməliyik? Nələrdən uzaq duraq?
Metbuat.az xəbər verir ki, həkim-dietoloq Alev Ərkan Ramazan ayında sağlam qalmağın yollarından danışıb:
İlk loxmadan sonra 10-15 dəqiqə ara verin
Yeməyə 1 stəkan su və 2 xurmayla başlaya bilərsiniz. Az yağlı şorbayla yeməyə davam edin. İlk yediyiniz qidanın ardından 10-15 dəqiqə fasilə verin. Həmin fasilədə yediyiniz qidanı daha yaxşı həzm edəcəksiniz.
Tomatlı, yağlı və ədviyyatlı qidalardan uzaq durun
İftarda yeyəcəyiniz yeməkləri mütləq diqqətlə seçin. Şorbanız az yağlı, ətli, tərəvəzli və ya taxıllı olmalıdır. Tərkibi çox tomatlı şorbalardan uzaq durun. Sobada, izqara və ya qaynadılmış ət yeməkləri yeyin. Qovrulmuş, üzərinə kərə yağı gəzdirilmiş yeməklər yeməyin. Salatlarınızın yağı və duzu az olmalı, ağır souslar istifadə etməməlisiniz. Həddindən artıq istifadə edildiyində həzmsizlik baş verə bilər.
İftardan sonra şirniyyat yeməyin
Ramazan ayında ağır və şərbətli şirniyyatlardan uzaq durun. Əgər şirniyyat yeyəcəksinizsə, mütləq südlü və ya meyvəliləri seçə bilərsiniz.
Meyvə mütləq yeyin
Meyvəni yeməkdən 1 saat sonra yeyin. Dolu mədəyə meyvənin yeyilməsi həzmsizliyə səbəb ola bilər. Meyvəni 1 saat sonra yeməklə vitamin və minerallardan daha çox yararlana bilərsiniz.
Aysel Yaqubqızı / Metbuat.az