"Nə anam, nə də atam mənə qarşı çıxmadı".
Metbuat.az xəbər verir ki, bu sözləri əməkdar artist Məlahət Abbasova sənətə necə gəlməsi haqda "Ömrün fəsilləri" verilişində danışarkən deyib:
"Atamın mənim aktrisa olmama icazə verməsinə özüm də şok oldum. Atama deyəndə ki, İncəsənət Universitetinin aktyorluq fakültəsinə imtahana girmək istəyirəm, mənə mənfi nəsə demədi. Nə anam, nə də atam mənə qarşı çıxmadı. Yəqin ki, mənə inamı var idi. Onun da özünə görə qanunları var idi. Açıq-saçıq, öpüşmə və sair tipli səhnələrin olmasını istəmirdi".
http://metbuat.az/news/728921/mene-deyirler-ki-bizim-adimizi-batirirsiniz-melahet-abbasova.html
Dilarə Zamanova