Türkiyənin "Qalatasaray" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Milli.Az report.az-a istinadən bildirir ki, Braziliyanın "San Paulu" klubunun müdafiəçisi Maykon Pereyra Roke 7 milyon avroya transfer olunub.

Onunla 4 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, Maykona hər il 2,2 milyon avro ödəniləcək. Daha 1 milyon avro isə bonus kimi nəzərdə tutulub.

Qeyd edək ki, 190 sm boya malik Maykon 2009 - 2016-cı illərdə Portuqaliyanın "Portu" klubunda çıxış edib. O, ötən ildən etibarən formasını geyindiyi "San Paulu"da 44 oyuna 3 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində