BakiPost saytının baş redaktoru Elçin Zahiroğlu saxlanılıb.

Bu barədə criminal.az məlumat yayıb.

Sabir Rüstəmxanlının bacısı oğlu saxlandı

Məlumata görə, bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu məşhur bir şəxsdən rüşvət alarkən yaxalayıb.

Elçin Zahiroğlu şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlının bacısı oğludur.

Teleqraf.com-un əməkdaşı Elçin Zahiroğlu ilə əlaqə saxlamağa çalışıb. Baş redaktorun telefonu söndürülü vəziyyətdədir.