“Müstəqil Kürdüstan yaradılandan sonra Kürd İşçi
Partiyası (PKK) ilə Bərzani əməkdaşlığı yenidən bərpa edəcək və
Şərqi Anadoluya hücum ediləcək”.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Demokrat
Partiyasının sədri Aram Sarkisyan deyib.
Onun iddialarına görə, Şərqi Anadolunu tuta bilsələr, Naxçıvanı da
ala bilərlər.
“Bu, Böyük Turan dövlətinin yaradılması imkanının aradan
qaldırılmasıdır”, - deyə erməni siyasətçi xəyalpərəst iddialar
irəli sürüb.
Lakin bu iddialar həm də Ermənistanın Türkiyə və Azərbaycanla bağlı
xain planlarını bir daha ortaya çıxarır.
Asif