Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüş vaxtı məlum olub. “Global Firepower” beynəlxalq analitik mərkəzi dünya ölkələrinin hərbi gücünə görə yeni reytinqini dərc edib. Türkiyə Suriyanın şimalında quru əməliyyatına hazırlaşır. Qətər ətrafında vəziyyət gərgin olaraq qalır. ABŞ prezidenti Donald Tramp Ağ Evdə Cənubi Koreyanın naziri Moon Jae ilə görüşündə Şimali Koreyaya qarşı müharibə siqnalı verib. İraqın Mosul şəhəri İŞİD terror təşkilatından tamamilə azad edilib. İyunun 27-də dünya üzrə bir çox iri şirkətlər güclü haker hücumuna məruz qalıb.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçiriləcək. Bu barədə “RİA Novosti” agentliyinə diplomatik mənbə məlumat verib. Nazirlərin görüşü ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Mauerbaxda keçiriləcək qeyri-rəsmi görüşü çərçivəsində baş tutacaq.

“Görüşdə Minsk qrupunun həmsədrlərinin iştirak edəcəyi də gözlənilir”, - deyə diplomatik mənbə vurğulayıb.

Rusiya Azərbaycana silahı ilk növbədə kommersiya maraqları üçün tədarük edir. Bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib. O, Azərbaycanın Rusiya silahının dəyərini tam ödədiyini, Rusiyanın isə bunu götürdüyünü bildirib.

Ekspertin fikrincə, Azərbaycan Qarabağ uğrunda son savaş hazırlaşır.

Hərbi ekspert Üzeyir Cəfərli hesab edir ki, Rusiyadan alınan silahlar xüsusi savaşdan daha çox, ordunun döyüş qabiliyyətinin gücləndirilməsinə yönəlib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov bildirib ki, yaxın zamanlarda döyüş əmri verilərsə, bu heç də gözlənilməz olmayacaq. Onun sözlərinə görə, Ermənistan döyüşdə tanklardan çox istifadə etdiyi üçün “Xrizantema-S” tank əleyhinə raket kompleksi düzgün seçimdir.

Üç günə DARMADAĞIN, Azərbaycan son SAVAŞA... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

General: "2-3 günə İkinci Qarabağ savaşının başlaması gözlənilməz deyil" - VİDEO - FOTOLAR