İngiltərənin məşhur futbolçusu Frank Lempardla bağlı şok məlumat yayılıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ötən il karyerasını bitirən sabiq yarımmüdafiəçinin evlərindən birinin seks anbarı olduğu üzə çıxıb.
İngiltərə millisinin keçmiş üzvü yatırım məqsədilə Fulhemdən aldığı həmin evi şəxsi məşqçi kimi tanınan Davina Uorda kirayə verib. Uordun isə həmin mənzildə narkotik maddə satdığı, porno filmlər çəkdiyi, həmçinin ordan seks anbarı kimi istifadə etdiyi aşkarlanıb.
"The Sun" nəşrinin əməkdaşı müştəri qismində getdiyi evdən gizli çəkiliş aparıb. Həmin çəkilişdə 37 yaşlı Uord qonaqları necə qarşıladığını söyləyib və müştəri hesab etdiyi jurnalistə istifadə olunan aparatları göstərib.
Lempardın vəkili onun bundan xəbərsiz olduğunu və lazımi tədbirlərin görüləcəyini deyib. Ulduz futbolçunun yaşadığı villanın yaxınlığında yerləşən həmin evin 2 milyon funt-sterlinq dəyərində olduğu və Davina Uordun ayda 3400 funt-sterlinq kirayə pulu ödədiyi bildirilib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində