Türkiyənin Antalya şəhərində sevgilisi ilə mübahisə edən qız özünü dənizə atıb.
Metbuat.az xəbər verir ki, dəniz kənarına gələn 23 yaşlı S.Y spirtli içki qəbul edərək ağlamağa başlayıb.
Şahidlər hadisə yerinə polis və tibbi yardım xidməti çağırıb. Tibb işçilərindən pivə istəyən S.Y sonradan əlindəki boş şüşəni başına vuraraq qırıb. Əlindəki şüşələrlə özünə xəsarət yetirəcəyini bildirərək, dənizə tullanıb.
Sahil təhlükəsizlik polisi tərəfindən xilas edilən qızın vəziyyəti yaxşıdır.
Aytən Novruzova / Metbuat.az