Xəbər verdiyimiz kimi, müğənni Elçin Cəfərov ata olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni dünyaya gələn oğlunu bu gün xəstəxanadan çıxarıb.

Elçin əlində gül dəstəsi ilə fotosunu İnstagram-da paylaşıb.

"Təbriklərini çatdıran bütün sənət yoldaşlarıma və mənim üçün dəyərli olan izləyicilərimə ürəkdən təşəkkür edirəm. Hər ağızda bir dua var. Allah dualarınıza mükafat versin" deyə, Elçin bildirib.

Qeyd edək ki, E.Cəfərov xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailəlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində