AMB-nin qısamüddətli notlarının növbəti buraxılışı qeydiyyata alınıb
Paylaş
·73 baxış·1 dəq oxu
Bakı. 4 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) yeni not emissiyasını (50100457S) dövlət qeydiyyatına alıb. “Report” MBNP-ya istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 1 mln. ədəd dövlət qısamüddətli notunun buraxılışını nəzərdə tutur. Notların tədavül müddəti 28 gündür.