"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətər Neft şirkətinin (QP) yüksək səviyyəli meneceri və Qətər Qaz şirkətinin (Qatargas) idarə heyətinin sədri Saad Şeride əl-Kabi paytaxt Dohada keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, artım əsasən ölkənin şimalında həyata keçirilməsi planlaşdırılan layihənin hesabına təmin ediləcək.
"QP ölkənin şimalındakı layihə çərçivəsində gündəlik neft hasilatını da 1 mln. barel artırmağı, bu rəqəmi 6 mln. barelə çatdırmağı planlaşdırır. Təbii qaz hasilatı isə 4 mlrd. kub metr/günə çatdırılacaq və Qətərin dünya qaz hasilatındalı lider mövqeyini daha da möhkəmləndirəcək", - deyə o, qeyd edib.
Hazırda Qətər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) başda olmaqla dünyanın 27 ölkəsinə "mavi yanaca" ixrac edir və qlobal istehlakın 30%-ni təmin edir.