“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Cihaz vasitəsilə axtarış rentgen çəkilişi formasında aparılacaq və görüntülər ekranda əks olunacaq. Sərnişinlər cihazın içində 2 dəfə sağa və sola dönəcək. Nəticədə yolçunun üstündəki plastik, keramik və digər bütün əşyalar müəyyən ediləcək.
Bu cihazlar xarici reyslərdə pasport yoxlanışından sonra, yerli uçuşlarda isə təhlükəsizlik yoxlanışı zamanı tətbiq olunacaq. Atatürk aeroportuna 10 ədəd cihaz quraşdırılacağı bildirilir. İstanbulla yanaşı, Ankara və İzmir aeroportlarının hər birinə də 4 ədəd sözügedən cihazdan alınıb.