Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, daha 4 nəfəri yaralanıb. Ermənistan işğalında olan Azərbaycanın Göyçə gölü ilə bağlı qalmaqal böyüyür. Şimali İraq kürd muxtariyyəti Türkiyəyə qarşı növbəti dəfə ərazi iddiası ilə çıxış edib. Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalır. Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin irəli sürdüyü 13 maddəlik tələblər siyahısına cavab verib.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, atəş nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.

İrəvana cavab üçün İKİ VARİANT, düşmənin bütün HƏRBİ İNFRASTRUKTURU… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İki yaşlı Zəhranın güllələnmiş cəsədi və İrəvanın Füzuliyə hücumunun SİYASİ SİRLƏRİ