Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Huddersfield Town" heyətini gücləndirməkdə davam edir. Klub hücum xəttini beninli futbolçu ilə gücləndirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Huddersfield" son mövsümü "Montpellier"də keçirən 22 yaşlı Stiv Munyeyə görə 11.5 milyon funt ödəyib. Bu, ingilislərin tarixində rekord məbləğdir. Onunla 4 illik müqavilə imzalanıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində