Türkiyənin Azərbaycandakı Səfirliyi 4 iyulda Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlardan atəşə tutması və nəticədə 50 yaşlı qadınla 2 yaşlı nəvəsinin qətlə yetirilməsini qınayan açıqlama yayıb.

Metbuat.az sözügedən açıqlamanı təqdim edir:

"4 iyul saat 20:40-da Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlardan atəşə tutulması və nəticədə 50 yaşlı qadınla 2 yaşlı nəvəsinin qətlə yetirilməsini şiddətlə qınayırıq. İnsanlığa qarşı hücumda həlak olan azərbaycanlılara Allahdan rəhmət, ailələrinə və Azərbaycan xalqına başsağlığı, hücum nəticəsində yaralanan azərbaycanlı bacı-qardaşlarımıza şəfa diləyirik.

Baş verən mənfur hadisə Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistanın beynəlxalq hüquqa zidd olaraq mülki şəxsləri, xüsusilə də qadın və uşaqları hədəf aldığını bütün çılpaqlığı ilə bir daha nümayiş etdirdi.

Ermənistanın sistemli şəkildə həyata keçirdiyi "şiddət siyasəti"nin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ən böyük maneə olduğu beynəlxalq ictimaiyyət tərəfindən anlaşılmalı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi üçün lazımi təzyiq göstərilməlidir.

Türkiyə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və daimi həll yolunun tapılması istiqamətində fəaliyyətini dəstəkləməkdə davam edəcək".

Zəhraya ŞƏHİD adı veriləcək? - MİLLƏT VƏKİLİ AÇIQLADI-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az