Mosul əhalisi təhlükə altındadır

BMT (Birləşmiş Millətlər Təşkilatı) İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərində 20 min dinc əhalinin olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, BMT-nin İraq üzrə xüsusi nümayəndəsi həmin insanların böyük təhlükə altında olduğunu deyib.

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi istiqamətində 8 ay əvvəl başlanılan əməliyyatlar nəticəsində 915 min insan şəhərdən qaçmaq məcburiyyətində qalıb. Mosulun azad edilməsindən sonra şəhərin abadlaşdırılmasına 707 milyon dollar tələb olunduğu bildirilib.

Türkiyə bu ölkədə hərbi əməliyyat keçirəcək - PKK-nın qorxulu yuxusu...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR