Kim Çen In bayram etdi

Şimali Koreya uğurla həyata keçirdiyi ilk qitələrarası raket sınağını xüsusi təntənə ilə qeyd edib.

Metbuat.az xəbər verir ki, on minlərlə insan paytaxt Pxenyanda rəqs edərək, atəşfəşanlığı seyr edib.

Qeyd edək ki, 39 dəqiqə ərzində havada qalaraq 2802 km məsafə qət edən “Hwasong-14” raketinin ABŞ-ın Alyaska ştatını vuracağı təxmin edilir.

ABŞ prezidenti Donald Tramp raket sınağını utancverici addım kimi dəyərləndirərək, lazım olacağı təqdirdə güc tətbiq ediləcəyini bəyan edib.

Kim Çen Innın atası və babasının hakimiyyət illərinə nisbətən raket sınaqlarının sayı rekord dərəcədə artıb. Təkcə bu ilin 7 ayı ərzində Şimali Koreyada 10-dan çox raket sınağı keçirilib.

Şimali Koreyanın varlı insanları belə yaşayır... - FOTOLAR-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR