Meksika həbsxanalarından birində kriminal qruplaşmalar arasında dava düşüb.
Metbuat.az xəbər verir ki, gecə saatlarında baş verən hadisə nəticəsində 28 məhbus ölüb. Hadisə haqda məlumat alan məhkum ailələri də həbsxana önünə axışıb.
2 mindən çox məhkumun olduğu həbsxana ətrafına təhlükəsizlik qüvvələri cəlb edilib.
Aytən Novruzova / Metbuat.az