Qubanın Qırmızı Qəsəbəsi Azərbaycanda yəhudilərin əsas yaşayış yeri kimi tanınır.

Metbuat.az xəbər verir ki, 1926-cı ilədək bu ərazi "Yəhudi qəsəbəsi" adlanıb. Sovet hökuməti qurulduqdan sonra isə bura, 11-ci Qızıl ordunun şərəfinə "Qırmızı qəsəbə"adlandırılıb.

Sakinlərin əksəriyyətini dağ yəhudiləri təşkil etsə də, burada azərbaycanlılar, ləzgilər də yaşayır. Qəsəbədə üç dildə danışılır: dağ yəhudilərinin gündəlik işlətdikləri İran kökənli "cuvuri", Azərbaycan və rus dillərində. Burada yerləşən 2 məktəbdən birində dərslər azərbaycan, digərində isə rus dilində tədris olunur. Hər ikisində dünya yəhudilərinin danışdığı ivrit dili tədris olunur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Anar Məmmədov Qırmızı Qəsəbə sakinlərinin əsas məşğuliyyətindən danışıb:

“Hazırda yaşayış məntəqəsinin 3350 nəfər əhalisi var. Əhali müxtəlif sahələrdə - pedaqoji, dövlət qulluğu, səhiyyə sahəsində çalışır. Əsasən ticarətlə məşğul olurlar. "Qırmızı Qəsəbə" sakinlərinin böyük əksəriyyəti xaricdə yaşayır. Onların sosial-iqtisadi səbəblərdən" Qırmızı Qəsəbə"ni tərk etməsi haqda nəsə deyə bilmərəm. Çünki onların əksəriyyəti ticarətlə məşğul olur ”.

"Bu tarixdə möcüzə ola bilər" - Aprel döyüşçüsü açıqladı...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az