Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Metbuat.az xəbər verir ki, Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı, saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.
Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib.
İtki və tələfat yoxdur.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Goranboy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlkin Cahangirov rayondakı mövcud vəziyyətdən danışıb:
“Hərbi sirr olduğuna görə, bəzi məsələləri açıqlaya bilmirik. Rayona heç bir ziyan dəyməyib. İnsanlar ev-eşiyindədir, əkin-biçinlə məşğul olurlar. Təlaşa səbəb yoxdur”.
| Ordumuz döyüşə hazırlaşan düşməni darmadağın etdi - SON DƏQİQƏ-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az