Türkiyəyə xəbərdarlıq edildi

Niderland höküməti Türkiyə ilə bağlı sərt açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, Niderland höküməti Türkiyə baş nazirinin müavini Toğrul Türkeşin 15 iyul hadisələrinin ildönümündə bu ölkəyə səfərinin xoş qarşılanmayacağını bildirib. Rəsmi açıqlamada Türkeş də daxil olmaqla, Türkiyənin digər rəsmilərinin də Niderlanda gəlmələrinin istənilmədiyi bildirilib.

Qeyd edək ki, Türkiyə ilə Niderland arasında ötən ilin martında böyük siyasi böhran yaşanmışdı. Belə ki, Niderland höküməti Türkiyənin Ailə və sosial siyasət naziri Fatma Betül Kayanın bu ölkəyə səfərinə icazə verməmişdi.


Hamı Bakı vaxtı ilə saat 17:45-i gözləyir - Nə baş verəcək?-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR