Honkonq, Cuhay və Makaonu birləşdirən dünyanın ən uzun dəniz körpüsünün əsas konstruksiyasının tikintisi başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, körpünün tikintisi 7 ilə tamamlanıb və artıq 2017-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

Təxminən 7 kilometrlik yeraltı tunellə birlikdə körpünün uzunluğu 55 kilometrdən çoxdur. Onun tikintisində 420 min ton polad işlədilib.

Milli.Az