İyulun 9-da Azərbaycan prezidenti İlham Əliyev İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Metbuat.az xəbər verir ki, dövlət başçılarının 1 saat 45 dəqiqəlik görüşü mətbuata qapalı keçirilib.

Türkiyə prezidenti İlham Əliyevlə çəkdirdiyi fotonu sosial media hesabından, “Qardaşım, cənab İlham Əliyevlə İstanbulda ikili və beynəlxalq münasibətlərlə bağlı məsələləri müzakirə etdik. Qardaşlığımız güclənərək davam edəcək” şərhi paylaşıb.

Qeyd edək ki, Ərdoğanın bu paylaşımı düşmən ölkə Ermənistanda qorxu yaradıb.

Azərbaycan və Türkiyə Prezidentləri görüşüb, birgə şam ediblər-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az