“Report”un Banka istinadən verdiyi xəbərə görə, kampaniya iyulun 31-dək davam edəcək.
Kampaniya şərçivəsində “İşkart” istifadəçiləri https://www.e-pul.az/ portalında kommunal xidmətlər, mobil operator və telefon şəbəkələri, internet və TV-provayderlər və digər xidmətlərin ödənişini etməklə qazanacaqları bonusların sayını 3 dəfəyə qədər artıra biləcəklər. "İşkart" sahibləri, daha sonra yığılmış bonusları real vəsaitə çevirərək, www.e-pul.az portalındakı növbəti ödənişlərində istifadə edə, xüsusi endirimlər qazana və ya hədiyyələr ala bilərlər.
Qeyd edək ki, kampaniya bank və sığorta xidmətlərinin ödənişinə şamil edilmir.