Dəhşətli qisas QORXUSU, generallar DÖYÜŞ BÖLGƏSİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
116 baxış·6 dəq oxu
Bu gün Brüsseldə Azərbaycan və Ermənistan xarici
işlər nazirlərinin görüşü keçiriləcək.Rusiyadan
Azərbaycana gətirilən silahların növbəti partiyası Ermənistanda
ciddi rezonansa səbəb olub.Düşmən ölkədə Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xüsusi
təyinatlı güclərinin təlimləri başlayıb.Türkiyəyə qarşı
Suriyanın Mümbiç şəhərində oynanılan oyunun eynisi Afrində
səhnələşdirilir.İŞİD üzvləri terror təşkilatının lideri
Əbubəkr əl-Bağdadinin öldüyünü təsdiq ediblər.Ağ Ev
Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyib. Vaşinqtonun Qətər
böhranı ilə bağlı mövqeyində kəskin dəyişiklik baş
verib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi
əsasında bu gün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin görüşü keçiriləcək. Görüş yerli vaxtla
19.00-da baş tutacaq. Görüşdə danışıqlar prosesinin indiki
vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə
aparılması əsas müzakirə mövzusu olacaq.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni
KİV-lərində yayılmış Ermənistan və Rusiya sərhədçilərinin işğal
olunmuş Dağlıq Qarabağ ərazilərində birgə təlimlər keçməsi barədə
məlumatı araşdırır. Bunu XİN-in rəsmi nümayəndəsi
Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu məlumat diplomatik kanallar vasitəsilə
araşdırılır.
Qeyd edək ki, bir müddət əvvəl, erməni KİV-ləri Rusiya Federal
Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinə istinadən
Dağlıq Qarabağda İran ərazisindən keçən sərhəd pozucularının
qarşısının alınması ssenarisi üzrə təlimlər keçirildiyini
bildirmişdi.
Rus ordusu Qarabağa girdi – Azərbaycan torpaqlarında XÜSUSİ ƏMƏLİYYAT
İyunun 10-da Azərbaycanın Rusiyadan aldığı
silahların növbəti partiyası Bakıya çatdırıldı. Müdafiə
Nazirliyinin məlumatına görə, Rusiya istehsalı olan müasir döyüş
texnikası, silah-sursat və digər hərbi avadanlıqların Azərbaycana
gətirilməsi prosesi davam edir.
Bakıya gətirilən silahlar və onların cəbhə bölgəsinə
yerləşdiriləcəyinə dair informasiya Ermənistanda ciddi rezonansa
səbəb olub. Düşmən ölkənin mediası artıq qaçacaqları yerlərinin
qalmadığını, Azərbaycanın cavab zərbəsinin daha şiddətli olacağını
yazır.
Bakı ölüm raketlərini cəbhəyə göndərir: dəhşətli qisasdan qorxan İrəvan TİR-TİR ƏSİR - VİDEO
Azərbaycanın Rusiyadan aldığı silahların yeni
partiyasının Bakıya gətirilməsi və cəbhə bölgəsinə göndərilməsi
Ermənistanın əsas gündəmidir.
“Hetq” nəşrinin baş redaktoru Edik Baqdasaryan “facebook”
səhifəsində Azərbaycanın Rusiyadan yeni silah partiyasını
gətirməsini şərh edərkən yazıb ki, 2016-cı ilin aprel döyüşlərində
Bakı Rusiyadan aldığı “Günəş alovu” TOS 1A və İsraildən aldığı
“kamikadze” BLA pilotsuz təyyarələri ilə ağır zərbələr endirib.
Bakı və Ankaranın gözlənilməz QARABAĞ PLANI: Ermənistan TƏLAŞ İÇİNDƏ
“Tərəflər Qarabağda yeni müharibəyə hazırlaşır və
heç kim bunun qarşısını almağa təşəbbüs etmir”. Bu
barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.
Onun sözlərinə görə, tərəflərdən biri, yaxud hər ikisi üçüncü
ölkənin bu münaqişəni həll etməyini istəyərdi və bu toqquşmanın
qarşısını alardı: “Lakin göründüyü kimi, bunu heç kim etməyə
hazırlaşmır. Siyasi səbəblər açıq-aşkar ortadadır, münaqişənin
güzəştli həlli ilə bağlı heç bir imkan yoxdur. Ermənistan təmas
xəttinə qoşun toplayır, Azərbaycan da bunu edir və yüksək səviyyəli
hazırlıq aparılır”.
Rusiyalı ekspert vurğulayıb ki, proses qarşısıalınmaz
vəziyyətdədir və genişmiqyaslı müharibəyə doğru gedir
Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına (KTMT) üzv ölkələrin xüsusi təyinatlı güclərinin
təlimləri başlayıb. Təlimlər Ermənistan polisinin
maarifləndirici kompleksinin bazasında üç gün keçiriləcək.
Qeyd edək ki, təşkilat 1992-ci il mayın 15-də MDB-yə üzv ölkələr
tərəfindən imzalanmış Kollektiv Təhlükəsizlik haqqında Müqavilə
əsasında yaradılıb. Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan,
Rusiya və Tacikistan KTMT-nin üzvləridir. Təşkilat bəzi hallarda
“Putinin NATO-su” adlandırılır.
Türkiyəyə qarşı Suriyanın Mümbiç şəhərində oynanılan
oyunun eynisi Afrində səhnələşdirilir. Ankaraya
PKK-nın Mümbiçi boşaldacağı barədə verdiyi sözünü yerinə yetirməyən
ABŞ indi Türkiyənin Afrinə müdaxiləsinə maneə olmağa çalışır.
İddiaya görə, 3 mindən çox PYD döyüşçüsü Afrindən Rakkaya
aparılıb və ABŞ terror təşkilatına Rakka əməliyyatı davam etdiyi
müddətdə Afrinə qarşı əməliyyatın keçirilməsinə mane olacağı barədə
zəmanət verib.
ABŞ və Rusiyanın anti-Türkiyə PLANI - ŞOK DETALLAR
İŞİD üzvləri terror təşkilatının lideri Əbubəkr
əl-Bağdadinin öldüyünü təsdiq ediblər. İraqın “El
Sumaria” telekanalı adını açıqlamadığı mənbəyə istinadən xəbər
verib ki, İŞİD Bağdadinin öldüyünü təsdiqləyib. Mənbə qeyd edib ki,
İŞİD üzvləri Bağdadinin ölümünü və yeni “xəlifə”nin adını
açıqlayıblar.
Xatırladaq ki, Rusiya hərbi aviasiyası mayın 28-də Suriyanın
Rakka şəhərinin yaxınlığında İŞİD liderlərinin müşavirəsinin
keçirildiyi qərargahı bombalayıb. Rusiya Müdafiə Nazirliyinin
məlumatına görə, İŞİD-in 30 səhra komandiri və onların 300-ə qədər
köməkçisi məhv edilib. Onların arasında Bağdadinin də olduğu
ehtimal edilir.
Bağdadinin ölümündən sonra onun yerinə ən real namizəd olaraq,
Səddam Hüseyn dönəmində İraq ordusunda xidmət etmiş İyad əl-Ubeydi
və Ayad əl-Cumeyli göstərilir.
Rusiya prezidenti Vladimir Putin Cənub hərbi
dairəsinə daxil olan 8-ci ümumqoşun ordusunun komandanlığını təyin
edib. Bu haqda Rusiya Silah Qüvvələri Baş
Qərargahındakı yüksək vəzifəli mənbəyə istinadən “Kommersant” nəşri
bildirib.
Hərbi birləşmənin komandanlığı bir neçə ay ərzində xüsusi
diqqətlə seçilib. Zabitlərin praktik təcrübəsi və özlərini döyüş
əməliyyatlarında necə göstərdiyinə diqqət yetirilib.
2018-ci ildən 8-ci orduya general-mayor Sergey Kuzovlev
komandanlıq edəcək. General-mayor Oleq Sekov qərargah rəhbəri və
Kuzovlevin birinci müavini təyin edilib. O, Transqafqaz, Zabaykal,
Sibir və Şimali-Qafqaz hərbi dairələrində, həmçinin Monqolustanda
xidmət edib.
8-ci ümumqoşun ordusu cənub-qərb strateji istiqamətində, hər
şeydən əvvəl Ukrayna ilə sərhəddə təhlükəsizliyin təmin olunmasında
əsas rol oynayacaq.
Ağ Ev Senatın qəbul etdiyi qanun layihəsində
Rusiyaya qarşı nəzərdə tutulan sanksiyaları
dəstəkləyir. Amma prezident Donald Trampın
administrasiyası sənədin bəzi müddəalarından narazıdır. Sənəddə
prezidentin səlahiyyətlərinə məhdudiyyətlər gətirilir.
Rusiyaya öldürücü zərbə HAZIRDIR – Tramp layihəni DƏSTƏKLƏDİ
Ukrayna ilə assosiasiya haqqında razılaşmanın Avropa
İttifaqı Şurası tərəfindən təsdiqi Kremlin növbəti məğlubiyyəti
oldu. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko
Feysbuk səhifəsində yazıb.
“Əminəm ki, biz qalib gələcəyik. Ukrayna Avropa xalqlarının
ailəsində, Avropa İttifaqı və NATO-da mütləq olacaq”.
Poroşenko: “Bu, Kremlin növbəti məğlubiyyəti oldu”
ABŞ və Qətər terrorizmlə mübarizə üzrə qarşılıqlı
anlaşma haqqında memorandumu imzalayıb. Bu haqda
ABŞ-ın dövlət katibinin məsləhətçisi Robert Hemmond deyib.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson hazırda Yaxın
Şərqin ölkələri üzrə turnedədir. O, bu gün Dohaya səfəri edib,
sabah isə Səudiyyə Ərəbistanına gedərək Qətərə qarşı embarqolar
tətbiq edən ölkələrin iclasında iştirak edəcək.
Tillerson Qətərdə jurnalistlərə açıqlamasında bildirib ki,
Dohanın ərəb qonşuları ilə yaşadığı böhrandakı mövqeyi son dərəcə
dəqiq və məqbuldur. ABŞ Qətər böhranı ilə əlaqədar daha əvvəl
verdiyi bəyanatlarında Körfəz ölkələrinin qərarını
dəstəklədiklərini açıqlamışdı.