21 nəfər insanı öldürdü -

IRA-nın (İrlandiya Respublikasının Ordusu) keçmiş bomba mütəxəssisi Maykl Kristofer Heyes 1974-cü ildə Birmingemdə baş verən və 21 nəfərin ölümü ilə nəticələnən bombalı hücuma görə üzr istəyib.

Metbuat.az-ın məlumatına görə, günahsız insanları öldürmək istəmədiyini bildirən 69 yaşlı Maykl əlavə edib:

"Bombalar barədə eşidəndə dəhşətə düşmüşdük, çünki bunların olmasını istəmirdik. Üçüncü bombanı özüm zərərsizləşdirdim. Partlayıcılar üzrə ustalaşmışdım. Nə etdiyimi bilirdim.

Polislərə binaları boşaltmaq üçün lazımı qədər vaxt verdiyimizi düşünürdük. Onlara yarım saat vaxt vermək niyyətində idik. Ancaq sonra 8 dəqiqə gecikdiyimizin fərqinə vardıq. Belə məsələlərdə səkkiz dəqiqə kiçik detal deyil.

Sadəcə özüm üçün yox, bütün dostlarım adına üzr istəyirəm. Biz günahsız insanlara zərər vermək istəməmişdik.

Gecələri rahat yata bilirəm, çünki mən qatil deyiləm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR