“Report” Bankın ləğdedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir ki, əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.
Bununla belə, Fond “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verib.