Bakıda «Luxury Awards 2017» mərasiminin qala gəcəsi keçirildi - FOTOlar

Bakıda «Luxury Awards 2017» mərasiminin qala gəcəsi keçirildi - FOTOlar
13:57 14 İyul 2017
Ölkə mətbuatı
A- A+

Paytaxtımızda çoxdandır gözlənilən və öz ətrafına məşhur ulduzları toplamağı bacaran Luxury Awards 2017" mükafatlandırma mərasiminin qala gecəsi keçirilib.

Milli.Az bildirir ki, "JW Marriott Absheron" otelində baş tutan tədbirdə qonaqlar əvvəlcə möhtəşəm qırmızı xalı şousunun şahidi olublar. Daha sonra isə layihədə qalib olan iştirakçılar mükafatlandırılıblar. Beynəlxalq layihədə yerli ulduzlarlarımız - müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları öz mükafatlarına sahib çıxıblar. Laureatlar sırasında Polkovnik Vaqif Əsədov, Xalq Artistləri Firəngiz Mütəllimova, Məleykə Əsədova, Eurovision qalibimiz Eldar Qasimov, dizayner Gülnarə Xəlilova, məşhur rumun müğənnisi Seya, müğənnilər Nura Suri, Xəyyam Nisanov, Natavan Həbibi, Samir Cavadzadə, Ayaz Babayev, İdmançılardan Ayxan Mamayev, rejissor Kənan MM, təşkilatçı Aqil Məmiyev, aktrisa Pərvin Abıyeva, Ceyhun Vəliyev, Dj Çina, stilist Anar Ağakişiyev, jurnalist Vwqar Imanov və s. Tədbirin aparıcı Samir Bayramlı olub.

"Zirvə Ziyalılar Təşkilatının"nin yaranmasının 25 illiyi ilə münasibəti ilə təşkil etdiyi layihənin rəhbəri Ləman Mirtalıblıdır.

Informasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Lider TV

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/563277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR