Bakıda tapılan yanmış meyitin şəxsiyyəti müəyyən olunub, cinayət işi başlanıb

16:42 8 Yanvar 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 16:39 ]

Bakı. Fuad Cəfərov - APA. Bakıda meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mirzağa Əliyev küçəsi 108 ünvanında aşkarlanan yanmış meyitin 1994-cü il təvəllüdlü Kamran Adil oğlu Ağayev olduğu məlum olub.

 

İlkin ehtimala görə, K. Ağayev intihar edib.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Yasamal rayonunda sökülmüş evin otağında 1 kvadratmetr sahədə məişət tullantıları yanıb və 1 nəfərin yanmış cəsədi aşkar edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR