Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Hərbi nəqliyyat vasitələrinin yolla hərəkəti zamanı terrorçu PKK üzvləri Hakkari vilayətinin Yüksekova rayonunun Esendərə kəndi yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salıb. Nəticədə 17 hərbçi yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisəni törədənlərin neytrallaşdırılması istiqamətində əməliyyat davam etdirilir", - Türkiyə baş qərargahının məlumatında deyilir.