17.07.2017 - Bu gecə dünyanı nə gözləyir?

İnsanlar uzun illərdən bəri rəqəmləri yalnız kəmiyyət göstəricisi deyil, eyni zamanda mistik qüvvə obyekti kimi qəbul edib.

Metbuat.az xəbər verir ki, məsələn, 5.5.2015-ci il, 9.9.2009-cu il tarixlərinin xüsusi özəlliklərə sahib olduğuna inanc uzun illər insanları tərk etməyib.

Bəs görəsən 17.07.2017-ci il tarixi hansı özəlliklərə malikdir?

“Rəqəmlərin uğurlu olub-olmaması fərdə görə dəyişir”.

Bunu Metbuat.az-a açıqlamasında numeroloq Xəyal Məmmədov deyib.

“Hər bir tarixin, rəqəmin özünəməxsus energetikası var. Amma bu o demək deyil ki, onların hər kəsə eyni təsiri var. Məsələn, bir insan üçün 1-ci, 2-ci, 3-cü gün uğurlu, 4-cü gün isə mənfi energetikalı ola bilər. Hər insanın özünəməxsus pinkodu, rəqəm energetikası olduğuna görə, eyni rəqəm hər kəsə fərqli təsir göstərə bilər. Yəni, 17.07.2017-ci il tarixidir deyə, bu tarixi uğurlu, yaxud da uğursuz hesab etmək olmaz. Bu cəfəngiyyatdır. Məntiqlə götürdükdə 17.07.2017-ci il tarixi çox gözəl rəqəmdir. Amma bu o demək deyil ki, hamı üçün eyni təsirə malikdir”.

Uşaq əməyinin ən pis formaları - ARAŞDIRMA-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR