Ermənilərdən növbəti təxribat: Bu dəfə milli yeməklərimizə göz dikdilər

Sosial şəbəkədə bəzi rusdilli səhifələr var ki, Azərbaycan mətbəxinin milli yeməklərini başqa ölkələrin, yaxud da düşmənlərimizin adına çıxarır. Bir məqam qaranlıqdı: onlar bu cür kobud səhvləri bilərəkdənmi, yoxsa təsadüfənmi edirlər? Belə səhifələrdən biri "Кукухня" səhifəsidir. Bu səhifə şah plovu Azərbaycan yeməyi kimi təqdim etmir. Həmçinin qədimdən bizə gəlib çıxan göy kətəsini mənfur düşmənlərimizin milli yeməyi kimi təqdim edir.

Bununla bağlı Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov Metbuat.az- a bildirib ki, sosial şəbəkədə mətbəxlə bağlı səhifələr çoxdur və əksər hallarda onları kimlərin işlətdiyi qaranlıq qalır: "Ola bilsin, adi evdar qadındır, şah plovu istədiyi kimi içini doldurub qoyur səhifəyə. Ya əgər Azərbaycana aid yemək düşmənlərimizin adına çıxılırsa, bunun da arxasında bir erməni ola bilər. Biz çalışdığımız qədər intervü, tərcümə və başqa üsullarla bunların qarşısını alırıq. Bir çoxlarına da təsir etmişik. Ancaq virtual məkan genişdir və hər şeyə nəzarət eləmək olmur".

Hüquqşünas Vüqar Səfərli isə bildirib ki, bu səhifəni məhkəməyə o vaxt vermək olar ki, kətənin, ya da hansısa yeməyin konkret sənədli müəllif hüququ olsun. Bu sənədlərlə istənilən ölkəni məhkəməyə vermək olar. Yalnız bu halda məhkəmənin qərarı ilə həmin səhifə təzminat ödəməyə məcbur edilə bilər".

Tahirə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR