Dəniz Səkidən 3 il sonra bir ilk

Üç illik fasilədən sonra ilk konsertini Kiprdə verən Dəniz Səki fanatları tərəfindən böyük maraqla qarşılanıb.

Metbuat.az bildirir ki, biletləri keçən həftədən satılıb qurtaran konsert sanki sevgi selinə çevrilib. Xoşbəxtliyi gözlərindən oxunan Dəniz Səki üç saat davam edən konsertində zaman-zaman duyğulu anlar da yaşayıb.

Tamaşaçılar səhnədə göz yaşlarına hakim ola bilməyən müğənninin hitə çevrilən mahnılarını onunla birlikdə oxuyublar. Konsertin sonunda müğənni növbəti konsertinin avqustun 5-də İstanbulda olacağını söyləyib.

Xatırladaq ki, Dəniz Səki narkotik ticarətində təqdirli bilinərək həbs edilmişdi.

Aygün Kazımova yaraşıqlı oğlan axtarır - Traktorçu da ola bilər-FOTOLAR- Oxumaq üçün tıkla 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR