Üzeyir Mehdizadə tənqid atəşinə tutuldu

Lirik tenor ifaçı Şahin İsmayılov bəzi müğənniləri və onların mahnılarını tənqid edib.

O bildirib ki, bu mahnılar insanların zövqünə mənfi təsir edir, sözlərinin və musiqisinin heç bir dəyəri yoxdur:

“Əgər musiqinin mənası yoxdursa, mahnının sözləri bəsit və cılızdırsa, dinləyici bundan nə götürə bilər?”

Ən maraqlısı odur ki, Şahin İsmayılov müğənniləri qınadıqca, ATV maqazin proqramında Damlanın, Üzeyirin və Şəbnəmin mahnıları səsləndirilib.

Məsələ ilə bağlı gənc müğənni Üzeyir Mehdizadə ilə əlaqə saxladıq.

O bildirdi ki, Şahin İsmayılov adlı müğənnini tanımır:

“Tanınmayan biri Təbrizdə, Urmiyada, İsraildə, Rusiyada, Türkiyədə, bir sözlə, dünyada sevilən və məşhur olan müğənni haqqında “cılız müğənni” sözünü necə deyə bilər? Hansı üzlə onun oxuduqlarını “cılız musiqi” adlandıra bilər?”

Ən dadlı kabab - RESEPTİ - Oxumaq üçün tıkla 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR