Bu gün Finlandiyanın Tampere şəhərində gənclər arasında güləş üzrə dünya çempionatına start verilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, turnirin ilk günündə azərbaycanlı sərbəst güləşçi Şahin Muxtarov (50 kq) qızıl medal qazanıb.

Həlledici görüşdə azərbaycanlı güləşçi Moldovanı təmsil edən erməni əsilli Karen Zurabyanı 7:5 hesabı ilə məğlub edib.

Milli.Az