Liberiya yığmasının sabiq futbolçusu və "Qızıl top" mükafatının sahibi Corc Vea ölkəsində prezidentliyə namizədliyini irəli sürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, 51 yaşlı veteran Liberiyada ikinci dəfə seçkiyə qatılmağa qərar verib.

O, 2005-ci ildə namizəd olduğu seçkidə Afrika qitəsində ilk qadın prezidenti adını qazanan Elen Conson-Serlifə uduzub.

Qeyd edək ki, Corc Vea futbolçu karyerası ərzində "Milan", "Monako", "PSJ", "Marsel", "Çelsi" və "Mançester Siti" kimi klublarda çıxış edib. O, 1995-ci ilin "Qızıl top" mükafatına layiq görülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində