“Acun istənilən qadının diqqətini cəlb edir. O, aşiq olunmayacaq insan deyil”.

Publika.az xəbər verir ki, bu sözləri Acun Ilıcalı ilə sentyabrda evlənməyə hazırlaşan Şeyma Subaşı “Elle” jurnalına verdiyi müsahibəsində deyib.

- Necə toy xəyal edirsiniz?

- Heç vaxt evlənmək arzusunda olan insan olmamışam. Evliliyi çox xəyal etmədim. Məndən nə cür gəlinlik istədiyimi soruşanda hiss etdim ki, beynimdə heç vaxt hər hansı modeli təsəvvür etməmişəm. Acundan əvvəl də o xəyallar haqqında düşünməmişəm. Bəlkə xərçəng bürcü olduğumdan irəli gəlir, bilmirəm.

- Şeyma Subaşı aktrisa, müğənni, iş qadını və jurnalist deyil, amma məşhudur. İnsanların bu vəziyyəti əslində Acunla əlaqələndirməsi normaldır. Bəs bunun sizdə Acundan başqa cavabı varmı?

- Acun özü də hər zaman ətrafına də deyir ki, Şeyma Subaşını mənim sayəmdə tanıdınız. Lakin özünü inkişaf etdirən, adını istifadə etmədən özünü təsdiq edən biri olduğumu da vurğulayır. Bacım və bütün dostlarım da mənə “Səndən ilham alıram” deyir. İstiqamət verən insan oldum. Əlbəttə bunun İnstaqramlə əlaqəsi böyükdür.

- Acunla birlikdə olmaq çətindir?

- Adam demək olar ki, 20 saat dayanmadan çalışır, çoxlu iş görüşləri olur. Mən həqiqətən də işinə Acun qədər bağlı olan bir adam görməmişəm. Allah ona inanılmaz bir beyin verib, o da bundan çox yaxşı istifadə edir.

- Tanımazdan əvvəl onun haqqında nə düşünürdünüz?

- Acunu ilk dəfə izləyəndə 11 yaşım vardı, ona heyran idim.

- Yəqin ki, ilk vatxlarda aranızda soyuqluq olub.

- Çox olub.

- Hansı nöqtədə ona aşiq olduğunuzu hiss etdiniz?

- Acunla bir-birimizə aşiq olduğumuzu 1,5 ay sonra anladıq. Hisslərimiz zamanla dərinləşdi. Münasibətlərimizin sarsılmaz olduğunu iddia edə bilmərəm, amma asanlıqla ayrılmarıq. Çünki o qədər çətin dövr keçirdik ki... Hazırda bizə nə yalan, nə böhtan, nə də başqa bir adam təsir göstərə bilər. Çünki münasibətlərimiz sevgi hisslərindən daha üstündür. Bir-birimizlə açığıq. Ona qadınlardan gələn mesajları təxmin edərsən. Amma bizim telefonlarımız da həmişə ortalıqdadır, şifrələri də bilirik. O mənim hər şeyimi bilir, mən də onun hər şeyini bilirəm. Bəzi məsələlərdə güzşətə gedirəm, bəzən də o, güzəşt edir.

- Hülya Avşarın proqramında Acunun açıqlamaları maraqlı idi. Sizi onun inandırdığına xüsusilə toxunmuşdu. Siz onun sizə aşiq olmasına aşiq olmuş ola bilərsinizmi?

- Bəli, doğrudur, amma Acun da aşiq oluna bilməyəcək insan deyil. O, istənilən qadının diqqətini cəlb edə bilər.

Xatırladaq ki, aparıcı və prodüser iki dəfə rəsmi nikahda olub. Onun ilk nikahından bir, ikinci nikahından 2 qızı var. Şeyma Subaşı ilə olan qeyri-rəsmi nikahından da daha bir qızı dünyaya gəlib. Acunun 48, Şeymanın isə 28 yaşı var.

Aytən