Baş Nazirin müavini, "Qaçkınkom"un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı "Gelandewagen" markalı maşının 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılaraq yandığını xəbər vermişdik.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə zamanı dünyasını dəyişənlərdən biri də, Əliyev Mehdi Ramil oğludur.

1986-cı il təvəllüdlü Mehdinin Nail Allahverdiyevin sürücüsü olduğu bildirilir. Hadisənin baş verdiyi anda maşını da Mehdi idarə edirmiş. Onun cəsədi tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.

Milli.Az