Hindistanda torpaq sürüşməsi

Hindistanın şimalındakı Mandi əyalətində aramsız yağışların səbəb olduğu daşqın bir çox ərazidə ciddi fəsadlara yol açıb.

Metbuat.az bildirir ki, Kotrupi kəndində baş verən torpaq sürüşməsi nəticəsində içərisində 30 nəfər adamın olduğu 2 avtobus və 3 minik avtomobili torpaq qatının altında qalıb. 7 nəfərin cəsədi çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. 10 nəfər yaralı isə xəstəxanaya çatdırılıb. 

Bölgədə axtarış-xilasetmə tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR