Avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil Baksol yaşayış sahəsində tapılıb.
Bundan başqa, avqustun 12-də Gəncə şəhəri ərazisindən şəhər sakini Vilayət Qurbanova məxsus “VAZ-2106” markalı avtomobili qaçırılıb.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Əkbər Hüseynov tutulub, avtomobil Gəncə şəhəri ərazisində tapılıb.
| Gənc oğlan intihar etdi - Bakıda - Oxumaq üçün tıkla |