Bakıda məktəbli yarmarkaları fəaliyyət
göstərəcək.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, Bakı
Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti qarşıdan gələn
tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları
almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində
məktəbli yarmarkaları quraşdırır.
Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov bildirib
ki, məktəbli yarmarkaları sentyabrın 20-dək işləyəcək. Lakin
ehtiyac olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə
bilər.
Məktəbli yarmarkaları metrounun 28 may stansiyasından başqa, Elmlər
Akademiyası, "İnşaatçılar", "Nəriman Nərimanov", "Koroğlu" və
"Neftçilər" stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək.
Bu ərazilərdə yarmarkalar üçün çadırlaq qurulacaq.
Məktəbli yarmarkalarında kitab, dəftər, qələm, karandaş və digər
məktəbli ləvazimatları satılacaq. Yarmarkaların açılmasında məqsəd
həmçinin pərakəndə satışın qarşısı almaqdır. Ticarət
Departamentinin əməkdaşlar tərəfindən ciddi nəzarət olunacaq ki,
yarmarkalarda süni qiymət artımı olmasın.